24 yaşlı futbolçu vəfat etdi

24 yaşlı futbolçu vəfat etdi

PSJ-nin yetirməsi olan Cordan Diakise 24 yaşında vəfat edib.

Sport7.az xəbər verir ki, futbolçunun ölüm xəbərini çıxış etdiyi həvəskar klub "Furiani Alyani” açıqlayıb. Fransa təmsilçisi Diakise ilə vida xəbərində onu hər zaman gülərüz və sevimli bir adam kimi xatırlayacaqlarını yazıb. Oyunçunun ölümünün komanda yoldaşları və klub işçilərinə ciddi təsir etdiyi vurğulanıb. Onun ölüm səbəbi hələlik açıqlanmayıb.

Diakise 2012-2015-ci illərdə PSJ-nin müxtəlif yaş qruplarında çıxış edib. Fransanın U-20 yığmasının sabiq üzvü İsveçrə və Xorvatiyada legioner həyatı da yaşayıb.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR