Acun Ilıcalıdan Pərviz Abdullayevlə bağlı şok sözlər - VİDEO

Acun Ilıcalıdan Pərviz Abdullayevlə bağlı şok sözlər - VİDEO

Türkiyənin "TV8" kanalında yayımlanan məşhur "Survivor" yarışmasının dünənki buraxılışında həmyerlimiz, "Kobra" ləqəbli kikboksinq üzrə idmançımız Pərviz Abdullayev şounu tərk edib.

Pərviz ən az səs topladığına görə, yarışı tərk etməli olub. Bu gün layihə rəhbəri və verilişin aparıcısı Acun Ilıcalı şəxsi "Instagram" hesabında canlı yayım açıb və giriş nitqində Pərviz Abdullayev haqda danışıb. O bildirib ki, Pərviz çox güclü oyunçu idi, ancaq bu yarışmada təmkinlə mübarizə aparmaq və oyun udmaq işə yaramır:

"Pərviz çox güclü idi. Ancaq bu yarışda təmkinlə mübarizə aparmaq və oynamaq işə yaramır. Lazım olan vaxtlarda xarakter nümayiş etdirmək lazımdır, O biraz passiv idi deyə yarışdan kənarda qaldı"

A.Ilıcalı Azərbaycandan səsvermə olmasının ədalətsiz nəticəyə gətirib çıxaracağını deyib:

"Azərbaycandan səs vermək mümkün olsaydı, hamı Pərvizə səs verərdi və Pərviz çempion olardı. Bu isə düzgün olmazdı".(Offsideplus.az)

 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR