AFFA rəhbərliyi qanvermə aksiyasında iştirak edib

AFFA rəhbərliyi qanvermə aksiyasında iştirak edib

AFFA-nın təşəbbüsü və Azərbaycan Talassemiya Federasiyasının birgə təşkilatçılığı ilə qanvermə aksiyası keçirilib.

Sport7.az xəbər verir ki, AFFA-nın Futbol akademiyasında təşkil olunmuş aksiyada AFFA, Peşəkar Futbol Liqası, Premyer Liqa klubları və futbol ictimaiyyətinin nümayəndələri iştirak edib.
 
"Biz birlikdə güclüyük" devizi altında keçirilən qanvermə aksiyasının təşkilində əsas məqsəd koronavirus pandemiyası dövründə talassemiyalı xəstələrin qan çatışmazlığı ilə üzləşməməsi və cəmiyyətin diqqətinin onlara yönəldilməsidir.
 
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR