Almaniya Bundesliqasında 2 tur sükutla başlayacaq

Almaniya Bundesliqasında 2 tur sükutla başlayacaq

Bundesliqanın 27-ci və 28-ci turunun oyunları koronavirusdan ölənlərin xatirəsinə bir dəqiqəlik sükutla başlayacaq.

Sport7.az xəbər verir ki, bunu Almaniya Futbol Liqasının (DFL) prezidenti Kristian Zayfert deyib.

Zayfert bildirib ki, koronavirus infeksiyası çox insanın həyatına son qoyub. DFL olaraq infeksiyadan ölənlərin xatirəsini yad etmək istəyirik. İlk öncə bütün həkimlərə öz minnətdarlığımı bildirirəm.

Koronavirus pandemiyası səbəbindən dayandırılan Almaniya çempionatı mayın 16-da bərpa olunub.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR