Bakıda keçirilməsi planlaşdırılan Avropa Çempionatı ləğv olundu

Bakıda keçirilməsi planlaşdırılan Avropa Çempionatı ləğv olundu

Ümumdünya Karate Federasiyası (WKF) Tokio-2020 Yay Olimpiya Oyunları üçün təsnifat sistemində dəyişiklik edib. 

Sport7.az xəbər verir ki, bu haqda qurumun rəsmi saytında məlumat yer alıb. Olimpiadanın təxirə salınması səbəbindən karate yarışlarında təsnifat sisteminin yenilənməsi də məqsədəuyğun sayılıb.

Bundan başqa 25 - 29 martda Bakıda keçirilməli olan karate üzrə Avropa çempionatı ləğv olunub. Yarışda verilməli olan lisenziya xallarının 2021-ci ildə İsveçin Göteborq şəhərində təşkil olunacaq analoji turnirdə bölüşdürülməsinə qərar verilib.

Avropa çempionatı koronavirus pandemiyası səbəbindən təxirə salınıb. 
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR