Dibala koronavirusdan danışdı:

Dibala koronavirusdan danışdı: "Çox qorxurdum..."

Koronavirusa yoluxan Paulo Dibala jurnalist Canluka Di Martsio ilə söhbətləşib.

Sport7.az xəbər verir ki, "Yuventus"un argentinalı futbolçusu xəstəliyin gedişatı və İtaliyadakı ümumi vəziyyət barədə danışıb:

"Gizlətməyəcəm. Çox qorxurdum. Şükürlər olsun ki, indi daha yaxşıyam. Məşq etmək istəyirdim, ancaq bir neçə dəqiqədən sonra nəfəs ala bilmirdim. Öskürürdüm, zəiflik hiss edirdim və şiddətli titrəməm var idi. Sonra anladım ki, nəsə qaydasında getmir.
 
Bu virus düşündüyünüz qədər adi bir şey deyil. Evdə qalmaq lazımdı. İtaliyada vəziyyət gərgindi. Təəssüf ki, burada çoxlu sayda insan dünyasını dəyişib".

Qeyd edək ki, İtaliyada COVID-19-a yoluxanların sayı 105 mini keçib. 12 mindən çox insan koronavirusdan dünyasını dəyişib.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR