Droqbadan Fatih Terimlə, Albayraka dəstək

Droqbadan Fatih Terimlə, Albayraka dəstək

"Qalatasaray"ın koronavirusa yoluxan baş məşqçisi Fatih Terimlə, vitse-prezident Abdurrahman Albayraka mənəvi dəstək verən futbolçulardan biri də Didye Droqba olub.
 
Sport7.az xəbər verir ki, Fil Dişi Sahilindən olan veteran futbolçu sosial şəbəkədəki hesabından "Qalatasaray" rəsmilərinə dəstək mesajı yazıb. Droqba mesajında, "Çox dəyərli xocam, imperator Fatih Terim və ikinci başqanımız Abdurrahman Albayrakın koronovirus testinin nəticələrinin müsbət çıxdığını üzünütü içində öyrəndim. İki güclü xarakterin bu virusu da yenəbiləcəyinə inamım sonsuzdu. Dualarım, xocam, başqanım və bütün türk xalqı ilə bərabərdi" sözlərini yazıb.
 
Bununla yanaşı veteran futbolçu özünə məxsus olan "Çarə Droqba" sloqanını, "Çarə Türkiyə, Çarə the World" kimi istifadə edib.
  
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR