"Çelsi" məşqlərə qatılmayan futbolçusu ilə bağlı qərar verdi

"Çelsi" məşqlərə qoşulmaqdan imtina edən Nqolo Kante ilə bağlı qərarını açıqlayıb.
 
Sport7.az xəbər verir ki, ingilis klubu məşqləri bərpa etsə də Kante klubun bazasına getsə də kollektivə qatılmayıb və evinə qayıdıb. Buna səbəb futbolçunun koronavirusa yaxalanandan sonra hələ tam sağalmaması ilə bağlı şübhələri qalması olub.
 
Kanteyə cəza veriləcəyi gözlənilsə də "Çelsi" onun haqda fərqli qərar qəbul edib. Klub rəhbərliyi məşqçilərin də müsbət rəyi ilə Kanteyə mövsümün qalan hissəsinin bitməsinə qədər icazə verib. Ona psixoloji cəhətdən özünü yaxşı hiss edənə qədər evində qalması deyilib. 2018-ci ildə bacısı ürəktutmasından vəfat edən Kantenin psixoloji cəhətdən hazır olmadığı qənaətinə gəlinib və ona dəstək verilib.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR