FİFA Olimpiada üçün yaş limitini dəyişdi

FİFA Olimpiada üçün yaş limitini dəyişdi

FIFA Yaponiyanın paytaxtı Tokioda keçiriləcək Yay Olimpiya Oyunlarında çıxış edə biləcək oyunçuların yaş həddini artırıb.

Sport7.az xəbər verir ki, bu barədə "The Guardian” məlumat yayıb. 

Xəbərə görə, turnirdə 24 yaşadək oyunçular iştirak edə biləcək. Bu addım Tokio-2020-nin koronavirus pandemiyası ilə əlaqədar bir il müddətinə təxirə salınmasıdır.

FİFA bu qərarı ilə 2020-ci ildə Olimpiadada iştirak hüququ olan idmançıların bir il sonrakı yarışdan kənar qalmamasını təmin edib.

Qeyd edək ki, əvvəlki qaydalara əsasən, olimpiadada heyətə 23 yaşdan yuxarı olmayan futbolçular və yaş həddini aşan 3 oyunçu daxil edilə bilər.

Xatırladaq ki, "Tokio-2020”də 16 komanda iştirak edəcək, hazırda 14 iştirakçı məlumdur. Yaponiya, Fransa, Almaniya, Rumıniya, İspaniya, Yeni Zelandiya, Misir, Kot d'İvuar, Cənubi Afrika, Avstraliya, Səudiyyə Ərəbistanı, Cənubi Koreya, Argentina və Braziliya vəsiqəni təmin edib. 

Şimali və Mərkəzi Amerika Futbol Konfederasiyası (CONCACAF) və Karib dənizi hövzəsindən hərəyə bir iştirakçı qatılacaq. Yay Olimpiya Oyunları 2021-ci il 23 iyul – 8 avqust tarixlərində olacaq.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR