Gənc ulduzdan möhtəşəm göstərici - Messi və Ronaldo belə bunu bacarmamışdı

Gənc ulduzdan möhtəşəm göstərici - Messi və Ronaldo belə bunu bacarmamışdı

Dortmund "Borussiya"sının gənc ulduzu Erlinq Haaland möhtəşəm performansa imza atıb.
 
Sport7.az xəbər verir ki, bu mövsüm iki komandanın heyətində 41 qola imza atan 19 yaşlı norveçli ulduz, Ronaldo və Messinin 19 yaşındakı göstəricilərini alt-üst edib. 
 
Haalandın yaşında ikən Messi mövsümü 17, Kristiano isə 9 qolla tamamlamışdı. Hazırda dünyanın ən yaxşı futbolçuları kimi göstərilən Ronaldo və Messi Haalandın çatdığı rəqəmi çox sonra yaxalaya bilmişdi. Messi 22, Ronaldo isə 23 yaşında olduğu zaman 40-dan çox qol vura bilmişdilər. 
 
PSJ-nin gənc ulduzu Kilyan Mbappeni və onu bu göstəricidə keçən Haalandı gələn mövsüm "Real" öz heyətində görmək niyyətindədi.
 
Haalandın 16 yaşlı qohumu Albert de Brine də U-16 komandasında meydana çıxdığı 37 qarşılaşmada 64 qola imza atıb.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR