Gerye

Gerye "Neftçi"dən yarım milyon tələb edir

"Neftçi”nin futbolçusu Vild-Donald Geryenin aqibətinin necə olacağı böyük maraq doğurur.

Sport7.az xəbər ki, "Qarabağ”dakı oyunu ilə diqqətləri üzərinə çəkən və sonradan məlum şəkildə "Neftçi”yə keçən haitili futbolçu yeni təklif alıb. Bu barədə "Fanat.az" məlumat yayıb.

2 Polşa təmsilçisinin Gerye ilə maraqlandığı öncədən məlumuydusa, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) çempionatında çıxış edən "Əl Vəhdə” futbolçunun son elçisidi.  Hərçənd koronavirus pandemiyası üzündən BƏƏ çempionatı dayandırıldığından onun meneceri ilə aparılan danışıqlar dondurulub.

Sözügedən komandanın Geryeyə illik 500 min dollar əməkhaqqı verməyə hazır olması isə "Neftçi”ni dilemma qarşısında qoyub. 

Belə ki, baş məşqçi Füzuli Məmmədov haitili cinah oyunçusunu komandada saxlamaqda maraqlıdı. Klub rəhbərliyinə fikirlərini çatdıran yerli mütəxəssisin Geryeli komanda ilə avrokubok matçlarına çıxmaq planı isə məhz yüksək əməkhaqqı tələbi üzündən pozula bilər. Bəlli məsələdi ki, "ağ-qaralar”la olan müqaviləsinin müddəti bu yay bitəcək Vild-Donald indi qazandığından daha çox pul istəyir. 
 
Düzdü, ötən il tərəflər 1+1 şərti ilə rəsmi sənədlərə qol çəkib. Amma bütün hallarda "+1"i  aktivləşdirmək üçün təxminən "Əl Vəhdə"nin verdiyi qədər - yarım milyon dollar lazım olacaq.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR