İtaliya klubunun futbolçusu koronavirusa yoluxdu

İtaliya klubunun futbolçusu koronavirusa yoluxdu

İtaliya klubu "Sampdoriya"nın futbolçusu koronavirusa yoluxub.
 
Sport.az xəbər verir ki, Edqar Barretonun testi müsbət nəticə verib. Bu haqda İtaliya mətbuatında məlumat yer alıb. 36 yaşlı yarımmüdafiəçinin xəstəliyə həyat yoldaşı ilə birgə yoluxduğu müəyyənləşib. Daha əvvəl komandanın digər oyunçusu Yakub Yankto klubda 15 nəfərin testinin müsbət nəticələndiyini açıqlayıb. 

Son məlumatlarda koronavirusun dünyada 435 006 nəfərdə təsdiqləndiyi bildirilir. Ölənlər 19 625, sağalanlar 111 822 nəfərdir. COVID-19-un əsas yayılma ocaqları Çin, İtaliya, ABŞ, İspaniya, Almaniya, İran və Fransadır. 
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR