Klublararası dünya çempionatı təxirə salındı

Klublararası dünya çempionatı təxirə salındı

FIFA 2021-ci ilin yayında keçirilməli olan Klublararası dünya çempionatını təxirə salıb.

Sport7.az xəbər verir ki, FIFA prezidenti Canni İnfantino qurumun qitə futbol birliklərinin tələblərini qəbul etdiyini və KDÇ-nin təqvimdəki yerini boşaltmaq qərarına gəldiklərini bildirib.

Turnirin nə zaman keçiriləcəyi ilə bağlı qərar daha sonra veriləcək.

Yeni formatın tətbiq olunacağı Klublararası dünya çempionatı 2021-ci il, 17 iyun - 4 iyul tarixlərinə təyin olunmuşdu.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR