Fransız klubunun koronavirusa yoluxan həkimi intihar etdi

Fransız klubunun koronavirusa yoluxan həkimi intihar etdi

Fransa klubu "Reyms"in həkimi Bernar Qonsales evində intihar edib.

Sport7.az xəbər verir ki, bu haqda Fransa mətbuatı yazıb. Məlumata görə həyat yoldaşı ilə birgə koronavirusa yoluxmuş 60 yaşlı mütəxəssis özünü öldürüb. Qonsales ölümündən əvvəl yazdığı kağızda intihara məhz koronavirus üzündən əl atdığını bildirib.

Fransada ümumilikdə 92 839 pandemiya halı qeydə alınıb. İndiyədək 8 078 nəfər dünyasını dəyişib. Ötən sutka ərzində ölü sayı 518 olub. Dünyada isə koronavirusa yoluxmuş 1 266 000 nəfərdən 69 042-si vəfat edib, 260 967-si sağalıb.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR