Məşhur xokkeyçi vəfat etdi

Məşhur xokkeyçi vəfat etdi

Rusiyalı məşhur xokkeyçi Aleksandr Gerasimov dünyasını dəyişib.

Sport7.az xəbər verir ki, bu barədə mərhum idmançının vaxtilə çıxış etdiyi MOİK-in rəsmi "Twitter" səhifəsi məlumat yayıb. 61 yaşında vəfat edən Gerasimovun ölümünün səbəbi açıqlanmayıb.

O, 1984-cü ildə SSRİ yığmasının heyətində Sarayevo Qış Olimpiya Oyunlarında qızıl medal qazanıb. O həmçinin MOİK-lə 7 dəfə ölkə çempionu olub.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR