Nazirlikdən yeni layihə: “Evdə qal, idmansız qalma”

Nazirlikdən yeni layihə: “Evdə qal, idmansız qalma”

Gənclər və İdman Nazirliyi İdman TV ilə birgə yeni - "Evdə qal, idmansız qalma!" TV layihəsinə start verir.

Sport7.az xəbər verir ki, bu gündən etibarən "İdman” TV-də start götürəcək layihədə Olimpiya, Dünya və Avropa çempionlarımız skype vasitəsi ilə evdən müxtəlif idman nümunələri göstərəcəklər. Layihənin ilk qonağı Olimpiya və Dünya çempionu Fərid Mansurov olacaq.

Növbəti günlərdə Elnur Məmmədli, Toğrul Əsgərov və digər, Olimpiya, Dünya və Avropa çempionlarımız TV layihəyə qoşulacaqlar.

TV layihənin əsas məqsədi idmana marağı artırmaq, vətəndaşların evdə qaldıqları müddət ərzində onların idmandan, sağlam həyat tərzindən uzaq duşməmələridir.

Sport7.az
 

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR