Premyer Liqa klublarından Şok müraciət:

Premyer Liqa klublarından Şok müraciət: "Mançester Siti" ÇL-ə buraxılmasın!"

İngiltərə Premyer Liqasında çıxış edən 8 klub İdman Arbitaj Məhkəməsinə (CAS) müraciət ediblər.

Sport7.az xəbər verir ki, həmin klublar "Mançester Siti"nin Çempionlar Liqasına buraxılmamasını istəyiblər. Müraciəti turnir cədvələnin yüksək pilləsində qərarlaşmış klublar - "Liverpul", "Lester", "Çelsi", "Mançester Yunayted", "Vulverhempton", "Arsenal", "Tottenhem" və "Börnli" imzalayıb.

Bu komandalar "şəhərlilər"in ən azı bir klubun Çempionlar Liqasından kənarda qalması hesabına kifayət qədər qayda pozduğunu bildiriblər. 

UEFA-nın Klublara Maliyyə Nəzarəti üzrə Arbitraj Palatası fevralın 14-də "Mançester Siti"nin qarşıdakı iki mövsümdə avrokuboklarda iştirakdan kənarlaşdırılmasına qərar verib. Klub bu pozuntulara 2012 - 2016-cı illərdə yol verib. "Şəhərlilər"ə 30 milyon avro məbləğində cərimə kəsilib. CAS klubun apellyasiyasını fevralın 26-da alıb.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR