"Qarabağ"dan alqışalayiq addım - Dəstək Fonduna yardım etdilər

Qarabağ” futbol klubu Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin koronavirus pandemiyası əleyhinə mübarizə çağırışına qoşulub.
 
Sport7.az xəbər verir ki, gün başlarkən klubun himayədarı olan "Azərsun Holdinq” Şirkətlər Qrupu ilk addımı atmışdı, davamını əsas komanda üzvləri gətirib. Ölkə başçısının fərmanı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna "Qarabağ” futbolçuları 50 min manat köçürüb. Oyunçular şəxsi təşəbbüsləri ilə öz aralarında bu vəsaiti topayaraq, nəcib işə qol qoyublar. Onlar maaşlarından müəyyən miqdar ayırmağı lazım bilib.
 
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov isə Dəstək Fonduna 20 min manat köçürüb.

"Azərsun Holdinq” Şirkətlər Qrupu da fonda 2 milyon manat məbləğində dəstək vermişdi.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR