"Qəbələ"nin sabiq çalışdırıcısı: "Futbolçular maaşlarının azalmasına razılaşacaq"

Rusiya Premyer Liqasının təmsilçisi "Lokomotiv”in baş məşqçisi Yuri Syomin futbolçuların maaş endiriminə hazır olduqlarını bildirib.

Sport7.az xəbər verir ki, 73 yaşlı mütəxəssis bu barədə şəxsi "Instagram” hesabında açıqlama yayıb. "İndi baş verən müzakirə ölkəmizdəki epidemiyaya daha çox fayda verəcək! Oyunçular heç vaxt yardımdan imtina etməyiblər və yenə qətiyyətlə razılaşacaqlar” deyə baş məşqçi vurğulayıb.

Rusiyada "Zenit", "Spartak" və "Dinamo"nun oyunçuları maaşlarının azalmasına razı olublar. "Lokomotiv"in futbolçularının isə buna etiraz etdikləri bildirilib. 

Mütəxəssis 2013/2014 mövsümündə "Qəbələ"də çalışıb. Onun rəhbərliyi altında "qırmızı-qaralar" Azərbaycan Premyer Liqasının bürünc mükafatçısı və ölkə kubokunun finalçısı olub. Syomin ən böyük uğurlarını "Lokomotiv"də çalışdığı dövrdə əldə edib. O, 3 dəfə Rusiya çempionluğu, 6 dəfə ölkə kuboku və 3 dəfə Superkubok qazanıb. Ukraynanın "Dinamo" (Kiyev) komandasında çalışdığı vaxt isə Syomin çempionluq və superkubok titullarına sahib olub.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR