"Reanimasiyada cəhənnəm əzabı çəkmişəm" - Veteran idmançı

MMA-nın 42 yaşlı veteran döyüşçüsü Kristian Binda koronavirusa yoluxduğunu açıqlayıb.

Sport7.az xəbər verir ki, o, bu haqda sosial şəbəkə hesabında yazıb. İtalyan idmançı, "Salam, uşaqlar. Bunu sizə indi, özümü yaxşı hiss etdiyim vaxtda danışmaq istədim. Doqquz gün sürən dəhşətli titrətmə və öskürəkdən sonra nəfəs ala bilmədiyimi başa düşdüm. Təslim olmaq məcburiyyətində qaldım. Koronavirusa yoluxmuşam, pnevmoniyadan əziyyət çəkirəm. Bilirəm, mənə görə narahatsız, halımı soruşmaq üçün yazırsız. Ancaq xahiş edirəm, çox yorğun olduğumu nəzərə alın. Koronavirusun zarafat olmadığını unutmayın! Evdə qalın. Bütün gecəni reanimasiyada cəhənnəm əzabı çəkmişəm. İndi dincəlməliyəm. Sonda qürur mənbəyimiz olan həkimlərimizə minnətdarlığımı bildirirəm” sözlərini yazıb.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR