Rüştü xəstəxanadan buraxıldı

Rüştü xəstəxanadan buraxıldı

Türkiyə yığmasının sabiq qapıçısı Rüştü Rəçbər xəstəxanadan çıxıb.
 
Sport7.az xəbər verir ki, virusa yoluxduğu üçün xəstəxanaya yerləşdirilən veteran qapıçı müalicəsinin 10-cu günündə evinə buraxılıb. Onun həyat yoldaşı İşıl Rəçbər bu haqda məlumat verib. 
 
Karyerası ərzində "Fənərbaxça", "Barselona" və "Beşiktaş" kimi komandalarda çıxış edən Rüştü hazırda Türkiyə Futbol Federasiyasında Futbol İnkişaf Koordinatoru kimi fəaliyyət göstərir. 
 
Futbol camiəsindən bugünə qədər "Qalatasaray"ın vitse-prezidenti Abdurrahim Albayrak, prezident yardımçısı Yusuf Günay və baş məşqçi Fatih Terim xəstəxanada müalicə alıb, hər üçün evə buraxılıb.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR