"Şüşənin ağzını açdım və zəhərdən bir qurtum içdim" - 26 yaşlı qolfçu

Son vaxtlar qolf dünyasında adı ən çox hallanan Kristian Bezuydenhut uşaqlıq xatirələrini bölüşərkən maraqlı məqama toxunub.
 
Sport7.az xəbər verir ki, yaxınlarda 26 yaşını tamamlayan cənubi afrikalı qolfçu uşaqlıqda başına gələnləri "The Guardian"a danışıb. 
 
Məşhur idmançı hazırda həyatda itirəcək bir saniyəsi belə olmadığını bildirib. Bunun səbəbini, hələ 2 yaşındakən onun üçün ölümcül ola biləcək bir hadisə yaşaması ilə izah edib. O açıqlamasında, "2 litrlik kolanın yanında şüşədə siçan zəhəri vardı. Bir yolunu tapıb şüşənin ağzını açdım və zəhərdən bir qurtum içdim" sözlərini söyləyib. 
 
Zəhərin bütün sinir sisteminə təsir etdiyini deyən Bezuydenhut, bunun ən çox da danışığına ziyan verdiyini və hadisədən sonra kəkələməyə başladığını söyləyib. 26 yaşlı idmançı hətta indi də bunun fəsadlarını hiss etdiyini və bəzi məqamlarda danışarkən çətinlik çəkdiyini söyləyib: "Həmin yaşlarda kəkələdiyimin fərqinə vardım. Bir çox danışıq terapeyaları qəbul etdim. Danışma çətinliyi ilə əlaqədar sosiallaşma baxımından o qədər də uğurlu deyiləm. Dolayısı ilə tək böyüdüm. Daim lağ obyektinə çevrilən uşaq idim".
 
Bugünlərdə 26 yaşlı qolfçuya perspektiv gözü ilə baxılır. Ernie Els təşkilatının təşkil etdiyi yarışlarda 4 dəfə qələbə qazanmağı bacaran idmançı ona bəslənən etimadları doğrultmağa davam edir. İlin əvvəlində 92-ci yerdə olan Bezuydenhut növbəti ildə ilk "50-liy"ə daxil olmağı hədəfləmiş, karantinə qədər 48-ci pilləyə yüksəlməyi bacarmışdı.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR