Tokio olimpiadasının yeni tarixi açıqlandı

Tokio olimpiadasının yeni tarixi açıqlandı

Koronavirus pandemiyası səbəbindən təxirə salınan Tokio Yay Olimpiya və Paralimpiya Oyunlarının yeni tarixi açıqlanıb.

Sport7.az NHK telekanalına istinadən xəbər verir ki, Olimpiya Oyunlarına 2021-ci il iyulun 23-də, Paralimpiya Oyunları isə avqustun 24-də start veriləcək. Yay Olimpiya Oyunlarının 8 avqustda, Paralimpiya Oyunları isə 5 sentyabrda başa çatacaq.

Bildirilir ki, bu barədə Beynəlxalq Olimpiya Komitəsi (IOC), Oyunların Təşkilat Komitəsi və Yaponiya hökuməti arasında razılıq əldə olunub.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR